Ana kadrosunda Rain, Kang So-Ra, Lee Beom-Soo, Ko Chang-Seok, Lee Si-Un və Min Hyo-Rin’in yer aldığı “Bicycle King Uhm Bok-Dong” filminin ilk afişi yayımlandı.
Film, Koreyanın Yapon müstəmləkə hakimiyyəti altında olarkən, Uhm Bok-Dong (Rain) adlı bir velosipedçinin Yapon velosipedçilərlə girdiyi yarışda birinci yeri tutması haqqındadı . O, Koreya xalqı tərəfindən qəhrəman adlandırılır.
Afişada, “Yapon müstəmləkə dövründə , Yaponlarla yanaşı bir Koreyalının qatıldığı, hər zamankından daha həyəcanlı bir velosiped yarışı baş tutdu.” yazılıb.
Kang So-Ra, Koreyanın müstəqilliyi üçün döyüşən Kim Hyung-Shin’in xarakterini oynayır.
Filmin çəkilişləri 18 aprel 2017-ci ildə başlamış və 29 sentyabr 2017-ci ildə bitmişdir.
Film fevral ayında Cənubi Koreyada vizyona girəcək.