Aktyor-müğənni Rain, MBC-nin “Living Dua Lives Anyway” adlı yeni serialında kişi baş rol xarakterini canlandıra bilər.
Martın 5-i, Rainin agentliyi, “Rain Company”, ifaçının sözü gedən serialdan bir təklif aldığını və müsbət dəyərləndirildiyini bildirib.
Serial, keçirdiyi bir qəza sonrasında paralel dünyaya daxil olan istedadlı bir vəkilin ətrafında baş verən hadisələrdən bəhs edir.
Rain ən son 2018-ci ildə “Sketch” serialında rol almışdı və kişi baş rol obrazını canlandırdığı “Bicycle King Uhm Bok-Dong” filmi hazırda, Cənubi Koreyada, nümayiş olunur.
Qeyd edək ki, əvvəlki günlərdə, Rainin özü kimi aktrisa olan həyat yoldaşı, Kim Te Henin ikinci uşaqlarına hamilə olduğu açıqlanmışdı.
Latest posts by Behbudzadə Aydan (see all)
- So Hyon Cin yeni serialda rol oynayacaq - 11 Dekabr 2020
- “Lovestruck in the City” serialının yeni Fraqmenti yayımlandı - 11 Dekabr 2020
- “Secret Royal Inspector” serialının ilk fraqmenti yayımlandı - 01 Dekabr 2020