//Rain, Lim Ci Yon (Lim Ji-Yeon) və Kvak Şi Yanq (Kwak Si-Yang) yeni serialda birlikdə rol oynayacaq

Rain, Lim Ci Yon (Lim Ji-Yeon) və Kvak Şi Yanq (Kwak Si-Yang) yeni serialda birlikdə rol oynayacaq

Rain, Lim Ci Yon (Lim Ji-Yeon) və Kvak Şi Yanq (Kwak Si-Yang), MBC-nin “Welcome 2 Life” adlı yeni serialının əsas heyətində yer alacaq.

Serial, keçirdiyi sirli bir yol qəzasından sonra paralel dünyaya daxil olan İ Ce Sanqın ətrafında baş verir. İ Ce Sanq yalnız pulu verən və qanunlardakı boşluqlardan istifadə edərək müvəkkilləri məhkumluqdan azad edən bir vəkildir. Ancaq bir gün, bir yol qəzası keçirir və özünü paralel dünyada tapır. Bu paralel dünyada, özü qanunları tətbiq edən qatı bir prokurordur. Bundan başqa 10 il əvvəl ayrıldığı keçmiş sevgilisi ilə bu dünyada evlidir.

Rain, serialda ölkənin ən yaxşı beşlikinə girən “JK Law Firm” adlı hüquq firmasında vəkil olaraq çalışan İ Ce Sanq obrazını canlandıracaq. Çalışdığı firmanın ən yaxşı və ən istedadlı vəkilidir. Üzərinə götürdüyü işləri qazanmaq üçün nə lazımdırsa edir.

Lim Ci Yon serialda İ Ce Sanqın keçmiş sevgilisi və bir detektiv olan Ra Şi On obrazını canlandıracaq. Sərt bir şəxsiyyəti olmasına baxmayaraq isti və təmiz qəlblidir. 10 il əvvəl, İ Ce Sanq ilə pis bir şəkildə ayrılmışdır. Ancaq İ Ce Sanqın girdiyi paralel dünyada, İ Ce Sanq ilə evlidir və ərini sevən, ona dəstək olan, sadiq bir yoldaşdır. Parlaq və enerjili bir şəxsiyyətə malikdir.

Kvak Şi Yanq, serialda bir detektiv olan Ku Donq Tek obrazını canlandıracaq. Ra Şi Onun tərəfdaşı və sonbesidirdir. Əsəbi və sərt şəxsiyyəti ilə tanınmasına baxmayaraq əslində yumşaq ürəkli biridir.

Serialın rejissor kreslosunda “The Great Queen Seondeok” (“Möhtəşəm Kraliça”), “Li San, Wind of the Palace” (“Sarayın Küləyi”) və “Prince of the Legend” (“Əfsanə Şahzadə”) seriallarının rejissoru Kim Kın Honq oturur. Serialın ssenaristliyini “Fall in Love with Soon-Jung” serialını qələmə alan Yu He Qyonq edir.

Serialın bu ilin iyul ayında yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan