//“Quantum Physic” filminin video və şəkil tizrləri yayımlandı!

“Quantum Physic” filminin video və şəkil tizrləri yayımlandı!

 

“Quantum Physic” filminin baş rol qəhrəmanları aktrısa Park Hye Su (Park Hye-su), So Ye Ci (Seo Ye-ji) və Kim Sanq Hodur (Kim Sang-ho). Film narkotiklərlə təkcə məşhurların deyil, eləcədə polislərin əlaqəsi olduğunu öyrənən, ədalətlilik tərəfdarı olan, klub rəhbərindən bəhs edir. Bu məqsədlə o, polis işçisi və “biznesin şəhzadəsi” adlanan iki adam ilə birləşməli olur. Nəzərinizə çatdıraq ki, filmin video tizri yayımlanan kimi ictimaiyyətdə böyük maraqla qarşılanıb. Buna səbəb filmdə təqdim olunan video hissələrin Burning Sun klubunda olması diqqət çəkib. Bundan başqa filmin süjet xəttinin də, daha əvvəl Burning Sun ilə yaranan qalmaqallı xəbərlər ilə oxşar olmasıda var. Çəkiliş heyətinin üzvü tərəfindən verilən, qeyri rəsmi məlumatlara əsasən film çəklişilərinin həqiqətən Burning Sun klubunda olması təsdiqlənib. Belə ki, filmin çəkilişləri 2018-ci ilin qış aylarında başladığı üçün həmin vaxtlarda qalmaqallı xəbərlər yox idi və beləliklə filmin süjet xəttinin realıq ilə və ya Burning Sun ilə heç bir əlaqəsi yoxdur deyib. Filmin şəkil tizirlərinin üzərində “Dərman üçün əzaçıya. Narkotiklərlə bağlı araşıdırma üçün isə klubun rəhbərinə müraciət edin” sözləri yazılıb. Film cinayət, siyasət və drama janrında çəkilib və sentyabr ayında yayımlanması planlaşdırılır.