//Qu Hara(Goo Hara) nümayəndəsi vasitəsi ilə açıqlama verdi + intihar sonrası pərəstişkarlarına mesaj göndərdi

Qu Hara(Goo Hara) nümayəndəsi vasitəsi ilə açıqlama verdi + intihar sonrası pərəstişkarlarına mesaj göndərdi

Qu Hara (Goo Hara) intihar cəhdindən sonra açıqlama verib.

Nümayəndəsi vasitəsi ilə Qu Hara : “ Son hadisədən sonra sizi narahat etdiyim üçün üzr istəyirəm. Hal-hazırda sağlamlığımı bərpa edirəm. Üst-üstə çıxan problemlərə görə özümü çox məyus hiss edirəm.”– deyə bildirib.

Daha güclü bir zehinə sahib olaraq, özümün daha güclü tərəfini göstərmək üçün əlimdən gələni edəcəyəm. Son hadisə üçün doğurdan da üzr istəyirəm.

Xatırladaq ki, 26 mayda Qu Hara evindəki bir otaqda intihara cəhd etmişdi. Prodüseri onu dumanlı bir otaqda huşu itmiş vəziyyət də taparaq xəstəxanaya çatdırmışdı.

 

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova