//Qız qruplarından birinin 2 keçmiş üzvü şirkətin onlarla vəhşicəsinə davranmasından danışdı

Qız qruplarından birinin 2 keçmiş üzvü şirkətin onlarla vəhşicəsinə davranmasından danışdı

Coin Law Room şousu (KBS JOY) – insanların bir otağa girib öz problemlərini müzakirə etmək üçün vəkillə görüşə bildiyi proqramdır. Bu yaxınlarda şouda bir qız qrupundan 2 üzvün iştirakı hamının diqqətini özünə cəlb etdi.

Martın 13-ü Coin Law Room şousunda nə vaxtsa qız qrupunda işləyib amma sonra onu tərk edən 2 qız iştirak etdi. Şou ərzində onlar şirkətin onlarla necə davrandığı haqqında danışdılar.

Onlar paylaşdı: «Bizə düyü verirdilər, amma içində böcək olurdu. Buna görə də biz yemək yemək istəyəndə hər gün düyünün içindən böcək çıxartmalı olurduq. Valideynlərimiz yemək xərclərimizi ödəyirdilər, amma elektrik və işıq yox idi. Başımızı yumaq üçün salona getməli olurduq».

Onlar əlavə etdilər: «Pusandakı tədbirə gedərkən yolda avtomobil qəzası baş verdi, nəticədə arxa bamper əzildi. 3 zərbədən sonra boynumuzdan xəsarət aldıq və ağrıdığımızı dedik. Buna baxmayaraq, çox böyük sürətlə Pusana yola davam etdik. Növbəti gün Seuldakı tədbiri bitirdikdən sonra da onlar bizi xəstəxanaya aparmadılar». Qızlardan biri dedi: «Sonda mən özüm təcili yardım şöbəsinə getdim».

Şouda iştirak edən vəkillər bunu sui-istifadə adlandırdılar və qeyd etdilər ki, əgər qızlar onlarla birgə albom çıxartmaq və irəliləmək istəsə belə hadisə yenidən təkrarlana bilər. Qız qrupunun keçmiş üzvləri buna cavab olaraq: «Bu doğrudur. Hətta indi də bu şirkətdə irəliləyən digər gənc idollar var» dedilər.

Qızlar davam etdi: «Baxmayaraq biz qız qrupu kimi 3 ildir ki, fəaliyyət göstərirdik, bizə nə menecer, nə xərclik, nə qida, nə də nəqliyyat verilməmişdi. Bizim hətta ofisimiz belə yox idi. Kafe və ya fast-fud restoranını ofis kimi istifadə edirdik».

Onlar əlavə etdi: «Siqaret tüstüsü ilə dolmuş klublarda da çıxışlarımız olurdu. Bəzi müştərilər bizim arxamıza əl vurur və ombalarımızı sığallayırdılar. Bizlərdən biri ayaq yoluna gedəndə, onlar həmin qızın telefonuna öz nömrələrini yazırdılar ki, onun nömrəsini öyrənsinlər. Şəkil çəkdirəndə isə öpməyə çalışırdılar».

Qızların hər ikisi də baş müdirin buna belə cavab verdiyini dedi: «Yəqin ki, onların sizdən öz qızları kimi xoşu gəlir, ona görə belə edirlər». Bunu eşidən vəkillərdən biri qeyd etdi: «Bişmiş toyuğun da gülməyi gəlir».

Keçmiş üzvlər bunu da paylaşdı: «3 il ərzində biz təxminən 500 tədbir irəli sürdük. Biz digər qız qruplarından soruşanda, onlar dedi ki, adətən tədbirlərdən qonorar təxminən 5 milyon vondan başlayır. Biz çıxandan sonra baş müdirimiz hətta avtomobilini belə dəyişdi».

 

Mənbə: soompi