//Qədim Koreya saraylarında incəsənət nümunələri

Qədim Koreya saraylarında incəsənət nümunələri

 Bədii- estetik hissi yüksək olan Koreya xalqı uzun əsrlər boyu öz nadir mədəniyyətini inkişaf etdirmişdir. Koreya ənənəvi mədəniyyətinin əsas hissəsini təşkil edən incəsənət, ədəbiyyat, musiqi və rəqslə yanaşı, ənənəvi və müasir xüsusiyyətlərə malik olan memarlıq, geyim və mətbəx kimi ənənələr də hal- hazırda gündəlik həyatda keçmişdə olduğu kimi canlı saxlanılır.

Koreya krallarının evi və əsas siyasi iqamətgahı sayılan milli saraylar, ənənəvi Koreya mədəniyyəti estetikasının ən gözəl  nümunələrindəndir.

Çoson xanədanlığından başlayaraq Koreya sarayları. Koreya krallarının evləri, ənənəvi memarlıq və tarixi önəmi.

Bir ölkənin mədəniyyətini öyrənmək üçün ən yaxşı yer haradır? Digər ölkələrə səyahət edərkən insanların tez-tez ziyarət etdiyi turistik məkanları düşünün. Ağla gələn ilk yerlər Böyük Britaniyanın Warwick Qalası, Fransanın Versay, Yaponiyanın Osaka sarayı və Çinin Qadağan olunmuş Şəhəri kimi dünyanın ən möhtəşəmlərindən sayılan saraylardır. Koreya üçün də belədir: ölkənin tarixi və mədəniyyətinin qalan qalıqları kimi, Seulun sarayları turistlər üçün mütləq görülməli olan məkanlardır.

600 ildən çox rəngli bir tarixə sahib olan Seul, bir dövrün və onun mədəniyyətinin simvoludur. Sərhədləri içində qalan ənənəvi saraylar bir çox tarixi anlara şahidlik ediblər və edirlər.

1395-ci ildə qurulan Kyonqboqqunq Sarayı (경복궁), Seul  şəhərində yerləşən Çoson xanədanlığının rəsmi sarayı idi. Imjin İşğalları zamanı yandırılan saray 1867-ci ildə Çoson Xanədanlığının son krallarından birinin atası Heungseon Daewongun tərəfindən yenidən qurulub. Bura Keçonmun (개천 문) Qapıs, Qyonqçonsa (경천사) Məbədinin on mərtəbəli daş paqodası, Kınconqcon (근정전), Çayonqcon (자용 전), Kyonhveru (경회루), Saconqcon (사정전), Kvuanhuamun (광화문) və Bob Çonsa (법 천사) məbədində xatirə stupası da daxil olmaqla bir çox ənənəvi xəzinə daxildir.

 

Məna və məqsəd dolu rənglər və dizaynlar.

Hərfi mənada “qırmızı və yaşıl” mənası verən Dançonq (단청), ənənəvi Koreya taxta tikililərinin divarlarında, sütunlarında və haşiyələrində olan gözəl beş rəngli dizaynları bildirir. Dançonq yalnız dekorativ funksiyaya yox, eyni zamanda qoruyucu bir quruluşa da malikdir olub, külək, yağış və müxtəlif zərrəverici səbəblərdən baş verən taxta çürüməsindən qoruyur. İnanca görə, canlı, parlaq rənglərin binanı pis ruhlardan qoruyur və sahiblərinin qüdrətini göstərirdi.

Dançonqun və ya dini mərasimlər zamanı kahinlərə xidmət edən şəxslərin üzündə ortaya çıxmışdı. Dançonq izlərini Qoquryoda (Koreyanın qədim Üç Krallığından biri) və köhnə məbəd yerlərindəki məzarı divar rəsmlərində tapa bilərsiniz. Qoryeoya səyahət edən Çin Sunq Xanədanlığının elçisi qeyd etdirdi ki, “Məhkəmə binalarının önlükləri qırmızı lak və bürünc ilə bəzədilib və Dançonq onları görkəmli və gözəl edir.”

Rənglər, dizayn və zəngin simvolizm dünyası

Dançonq beş əsas rəngdən ibarətdir: mavi, qırmızı, qara, ağ və sarı. Müxtəlif rənglər yaratmaq üçün birlikdə qarışdırıla bilən bu əsas rənglər ənənəvi beş element nəzəriyyəsinə aiddir. Mavi, şərq, əjdaha, yaz və beş element arasında taxta elementini; qırmızı cənubu , quşları, yayı və alovu ifadə edir; ağ, qərb, pələng, payız və qızılı simvollaşdırır; qara, şimal, hyeonmu (yarı tısbağa yarı ilan  olan xəyali bir heyvan), qış və suyu xarakterizə edir; və sarı, mərkəzi, mövsümlər və Dünya  arasındakı dövrləri təmsil edir. Dançonq nəzəriyyəsinə beş elementin daxil edilməsi qədim Koreyanın həyatdakı sabitliyə və sülhə olan istəklərini və mükafatlandırıcı sonrakı həyatını da əks etdirir.

Simvolizm cəhədən zəngin olan bir çox mürəkkəb Dançonq naxışları mövcuddur. Geometrik naxışlar dairə, kvadrat, üçbucaq, qəfəs, Buddist simvolu (卍) və düz xəttdir. Arabesque (arabesk) bəzəklər quru hanımaq, üzüm, kol yonca, xrizantemlər və bosang (xəyali Budist çiçəyi) üzüm şəkillərini əhatə edir. Təbiətdə naxışlarına günəş, ay, ulduzlar, buludlar, qayalar, dağlar və axınlar aiddir.. Bitki naxışlarına bambuk ağacları, şam ağacları və albalı çiçəkləridir. Və çiçək dizaynlarına lotus çiçəklər, xrizantemlər, orkide, poin və nar daxildir. Heyvan şəkillərinə Stridiya (ilbiz) , kəpənək, həşəratlar, quşlar, balıq və quru heyvanları daxildir. Dini naxışlarda atəş, tanrı, hermits (zahid), simruq quşu , fillər, əjdahalar, qalxan, şir, pələng, bodhisattvas (?) və müqəddəs fiqurlar (ən çox Budda) əks olunur.  Uğurlu simvollarına sağlamlıq və sülh, xoşbəxtlik, 10 uzunömürlü canlı, Buddist simvolu (卍), uzunömürlülük və zənginlik, zənginlik və xoşbəxtliyi əks etdirən Çinli simvollar daxildir. Balıq ovu, ovçuluq, əkinçilik, müharibə, rəqs, musiqi alətləri və ziyafət səhnələri də daxil olmaqla, gündəlik həyatı təsvir edən naxışlar da var. Hər bir dizayn dövrünə və boyanmış binanın məqsəd və səlahiyyətinə görə dəyişir.

 Dançonqun dirçəlişi

Koreya evlərini minillərdir qoruyan və uğur qazanmaq üçün duaları simvollaşdıran Dançonqu hal- hazırda tapmaq çətindir, çünki indi Koreyalılar evlərinin sütunlarını və ya tavanlarını dançonqla rəngləmirlər. Ancaq bu dançonqun ənənəsinin yox olduğu anlamına gəlmir. Müasir rəssamlar və dizaynerlər yeni sənət əsərləri və sənətkarlıq işləri üçün ilham mənbəyi kimi istifadə edərək dancheonguni canlandırırlar. Dançonqun həndəsi naxışları əsasında güclü əsas rənglər və müasir atmosferlərin harmoniyasından yaranan əsas və təmiz gözəllik təkcə rəsmlərdə  deyil, həm də paltarda, səhnədə, memarlıq və mebel dizaynında da yenidən kəşf  edilir.

Koreya sarayları orjinal formada Konfüçyüsçü (Konfutsi) siyasi ideologiyasının simvolik dünyaları kimi dizayn edilirdi. Bununla yanaşı, onlar eyni zamanda Koreya estetikası və duyğularının izlərini də saxlayırdılar. Saray Koreyalılar tərəfindən sevilən sadə və saf dizaynlarla sakin bir məbədmiş kimi bəzədildi.

Kyonqhveru (경회루) sarayının təmsili bir xüsusiyyəti olan Kyonqhveru şəxsiyyəti, gölməçənin üç süni adası ilə yanaşı gölməçə ilə də aydınlaşdırılır. Üç ada, Kyonqhveru  Çin Daoizmində üç əfsanəvi dağı təmsil edir . Buna görə, Kyonqhveru , sarayın xüsusi “rahibin dünyası” idi, o zaman kral və onun rəsmiləri pisliklərdən azad olduqlarına inanılırdı.

Şəbəkə Nümunəsi (İpək Nümunəsi II)

Tez-tez Koreya sarayları və məbədlərində rast gəlinən daha bir nümunə su zolaqları ipək naxışlarıdır. Bu naxışlar həm də həndəsi xüsusiyyətə malikdir, belə ki, burada dairələr, altıbucaqlı və ya üçbucaqlı formalardan istifadə edilir və həndəsi gözəlliyi və rənglərinə gör ipək naxışı adlanır.  Şəbəkə nümunələrinin bir çox çeşidi var və eyni zamanda oxşar naxışlar zəncir naxışları adlanır. Bu yazıda biz bu su təkər nümunələrindən birinə diqqət yetirdik. Şəkildə  müasir məhsul və strukturların bir çoxunun dizaynına tətbiq olunan məşhur bir şəbəkə modelini göstərilib.

Buriçyo (부리 쵸)

Bir rafterin sonunda, buriçyo adlanan bir nümunə tətbiq olunur. Çoson Xanədanlığının əsas kral sarayı olan Kyonqboqqunq və hökmdarların böyük rəsmilər və xarici elçilərlə görüşdüyü taxt zalı olan Geunjeongjeonun memarlığında istifadə olunub. Geunjeongjeonunda lotus formasında olan burichosu olan çardaqları göstərilir. Eyni nümünə, Çanqdoqqunq(창덕궁), Çanqqyonqqunq (창경궁), Doqsuqonq (덕수궁) və Kyonqhiyqunq (경희궁) da  daxil olmaqla, Seuldakı beş kral sarayında da var . Altı ləçəkli naxış ən məşhurudur, lakin bəzən beş və ya səkkiz ləçəkli nümunələrə də rast gəlinir.

Manca (və ya Swastika) – 만자

Bu model Manca (卍) naxışı  adlanır və adətən Dançonda çiçəklər və ya Çin naxışları  kimi əsas şəkillərin fonunda istifadə olunur. Həmçinin bəzən mirvari ilə bəzədilmiş dolabın və ya Kyonqbuqqunq (경복궁) kimi kral saraylarının divarından da rast gəlinir. manca (卍) Koreyada Buddizm simvoludur, lakin Sanskritdə Swastika- xoşbəxtlik simvolu kimi də bilinir.  Swastika Manca ilə eyni görünüşə malikdir, çünki eyni həndəsi xüsusiyyətləri daşıyır. Koreya mədəniyyətində Manca xarakteri əbədiyyət və davamlılığını simvollaşdırır, çünki sonsuza xəttlərlə əlaqələnir. İnsanlar bu naxışları kral sarayının divarına çəkməklə, krala uzun ömür arzulayırdılar.

 

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər