//“Psychopath Diary” serialının video və şəkil tizrləri yayımlandı

“Psychopath Diary” serialının video və şəkil tizrləri yayımlandı

 

tvN kanalının serial yaradanları yenə iş başındadır. Noyabr ayının 20-də yayımlanması planlaşdırılan “Psychopath Diary” adlı yeni serialın video və şəkil tizrləri yayımlandı. Serialın baş rol qəhrəmanları sevilən aktyorlar Yun Şi Yun (Yoon Shi-yoon), Conq İn Son (Jung In Sun) və Park Sonq Hundur (Park Seong-hoon). Serialın süjet xətti baş vermiş cinayətin şahidinə çevrilən, daha sonra hadisə yerini dərhal tərk etməyə çalışan, gözlərinin şahidi olduğu bu xoşagəlməz, təsadüfi hadisədən ağlını, yaddaşını, huşunu itirən oğlandan bəhs edir. Gözlərini xəstəxanada açan günahsiz şahid yanında ona məxsus olmayan dəftər tapır. Dəftər bir cinayətkarın günlüyü olur. Yaddaşını itirmiş oğlan elə başa düşür ki, dəftər ona məxsusdur və hadisələrdə elə bununla başlayır. Əslində kim olduğunu, cinayətləri nə üçün törətdiyini anlamağa çalışan oğlan araşdırma aparır. Bu araşdırmada ona polis məmuru qız yardımçı olur. Əslində, cinayətlər yazılmış dəftərin sahibi qiymətli kağızlar idarəsinin direktorudur. Serialın sloqanı “özünü cinayətkar hesab edən bextsiz”dir. Gəlin yayımlanan şəkil və video tizrlərə birlikdə baxaq.