//“Psychopath Diary” serialı iki yeni fraqment yayımladı

“Psychopath Diary” serialı iki yeni fraqment yayımladı

Əsas heyətində, Yun Şi-Yun, Conq In-Son ve Park Sonq-Hunun yer aldığı, tvN-in “Psychopath Diary” adlı yeni yeni serialının iki fraqmenti yayımlandı.

Serial, hadisənin şahidi olan və hadisə yerindən qaçarkən qəzada yaddaşını itirən Yuk Donq-Şik (Yun Şi-Yun) ətrafında fırlanır. Cinayətin şahidi olan Yuk Donq Şik, qətllərinin qeydini saxlayan qatilin gündəliyini təsadüfən ələ keçirir. Gündəliklə qaçarkən qəza keçirir və yaddaşını itirir. Yaddaş itkisi səbəbindən Yuk Donq-Şik şəxsiyyəti haqqında heç bir şey xatırlamır və gündəliyə görə özünün qatil olduğunu düşünür.

Serialı üç ssenarits birlikdə yazır və ssenaristlərdən biri  “Time Between Dog and Wolf”, “Liar Game”, “Scholar Who Walks the Night” və  “Pied Piper” serialların yazan Ryu Yonq Cedir.

Serialın ilk bölümü 20 noyabrda yayımlanacaq.

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər