//PSY, dünyaca məşhur adlarla eyni proyektdə yer alıb

PSY, dünyaca məşhur adlarla eyni proyektdə yer alıb

PSY, təbiəti qorumaqla bağlı proyektdə qatılıb.

19 apreldə Lil Dicky, dünyanı qorumaq mövzusunda olan “Earth” mahnısı üçün klip yayımlayıb. Mahnının satışından qazanılan bütün gəlir, dünyanı və təbiəti qorumaq adına “Leonardo DiCaprio” vəqfinə bağışlanacaq.

PSY mahnıda Ariana Grande, Justin Bieber, Ed Sheeran, Miley Cyrus, Wiz Khalifa, Snoop Dogg, Adam Levine, Shawn Mendes, Charlie Puth, John Legend, Leonardo DiCaprio, Halsey və başqa məşhurlarla əməkdaşlıq edib. Mahnının ikinci hissəsində PSY, koreya dilində “Dünyanı sevirik” –deyir.

21 apreldə PNATION, PSY-nin mahnıya qatılma səbəbinin təbiəti və dünyanı qorumaq üçün olduğunu bildirib.

 

TAGS:
Elmina Səfərova

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və Bigbang fanıyam.Hal hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova