Martın 18-i Seulun mərkəzi rayon məhkəməsi reper və prodüser Kushu 4 ilə təxirə salınaraq 2 il 6 aylıq həbs cəzasına məhkum etdi.
Kusha həbslə yanaşı 80 saat probasiya və narkoasılılıqdan müalicə, həmçinin 875,000 von (təxminən 772 dollar) həcmində cərimə təyin olundu.
Məhkəmə elan etdi: «Narkotiklə bağlı cinayət çox təhlükəlidir, çünki, narkotiklərin yaratdığı asılılıq insana və cəmiyyətə zərər yetirə bilər. Amma, bir halda ki, o, öz günahını etiraf edir və peşmandır, qərar sonuncu dəfə təxirə salınacaq».
2017-ci ilin sonunda Kush 2,5 qram kokain əldə etmişdi. Həmin ilin dekabrında o, poçt qutusundan 1 partiya daha kokain götürməyə çalışırdı, lakin polis əməkdaşları tərəfindən saxlanıldı. Polisin istifadə səbəbinin nə olduğu sualına cavab olaraq prodüser, depressiyadan əziyyət çəkdiyini bildirdi.
- Ci Çanq Uk əsgərlikdə 12 kq kökəldiyini açıqladı - 16 May 2019
- Cenninin klipi 300 milyon baxış sayı qazanıb - 15 May 2019
- EXİD yeni ‘ME&YOU’ klipində ağ geyinmiş gəlinlərdən neon rənglilərə çevrildilər - 15 May 2019