//“Produce 101”dən altı idol təcrübəçi,şirkətin qadın CEOsunu cinsi zorakılıqda günahlandırır

“Produce 101”dən altı idol təcrübəçi,şirkətin qadın CEOsunu cinsi zorakılıqda günahlandırır

Mnetin “Produce 101” proqramından altı təcrübəçi idol,şirkətin qadın CEOsu “A”-nı cinsi zorakılıqla bağlı günahlandırır.

KBS2 TV-nin “Entertainment Broadcast” proqramı altı təcrübəçi idolun iddialarını əhatə edən bir bölüm yayımladı. İdollar yaxınlarda Seul Şəhər Prokurorluğuna “Cinsi Zorakılıq”la bağlı şikayətlərini bildiriblər.

Şikayətcilərdən “Produce 101” 2-ci sezon təcrübəçi idolu, 2018-ci ilin sentiyabr ayında Tokyoda bir restoranda yığınacaq yeməyi boyunca CEO tərəfindən zorakılığa məruz qaldığını bəyan edir.

”Performansdan sonra bir suşi restoranına yeməyə getdik və orada CEO bizim cinsi orqanlarımıza toxundu. Daha sonra ofisiantdan bizim şəklimizi çəkməyi xahiş etdi. Hal-hazırda zehni travma ilə psixiatrdan kömək alıram.”

Digər tərəfdən şirkət nümayəndələri iddiaları təkzib edərək: ”O zaman restoranda olduqca çox insan var idi. Eyni zamanda CEO A-nın qızı və qardaşı oğlu da iştirak edirdi, buna görə də bütün bunların baş verdiyini iddia etmək məntiqli deyil.” bildiriblər.

Beləliklə, idol təcrübəçilər və CEO-nun mövqeyi kəskin şəkildə fərqlənir. Netizenlər “Biz daha çox gözləməli və öyrənməliyik, çünki hələ dəqiq bir həqiqət yoxdur.” deyə mübahisəyə diqqət yetirirlər.

 

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova