//Polis Yanq Hyon Soku B.I məsələsi ilə bağlı prokurorluğa göndərəcək

Polis Yanq Hyon Soku B.I məsələsi ilə bağlı prokurorluğa göndərəcək

Polis B.I-ın narkotik alışı istintaqı ilə əlaqədar olaraq, istintaqa müdaxilə etdiyi üçün Yanq Hyon  Soku prokurorluğa göndərəcək.

YTN-ə istinadən bildirilir ki, fevralın 14-ü polis  Yanq Hyon Sokun B.I haqqında ifadə verən şəxsin ifadəsini dəyişdirməklə hədələməsinin qismən doğru olduğunu açıqlayıb.

Xatırladaq ki, Yanq Hyon Sok əvvəllər bütün bu iddiaları rədd etmişdi. Lakin, məlum olub ki, Yanq Hyon Sok ifadə verən şəxslə görüşərkən yanında  ​​üçüncü bir şəxs də olub. Həmin şəxs şirkət işçisi olaraq bilinən “Kim”-dir. “Kim” ifadə verən şəxsin  ifadəsini dəyişdirmək müqabilində şirkətin pulundan istifadə edərək həmin şəxsə vəkil təyin edib.

“Kim”-in araşdırılması nəticəsində polis Yanq Hyon Sokun ifadələrinin etibarlı olmadığı və ittihamların qismən doğruluğu qənaətinə gəlib.

Polis indi Yanq Hyon Soku ittiham aktına tövsiyə üçün prokurorluğa göndərməyi planlaşdırır.

TAGS:
Elmina Səfərova