//Polis, Sınqrinin ad günündə iştirak edən 8 qadının şahid və qadın alveri ilə bağlı olduğunu təsdiqlədi

Polis, Sınqrinin ad günündə iştirak edən 8 qadının şahid və qadın alveri ilə bağlı olduğunu təsdiqlədi

Sınqrinin Filippimdəki ad günü şənliyi gələcəkdəki iş adamları ilə əməkdaşlıq üçün başlanğıc nöqtəsi olaraq qəbul edilsə də, eyni zamanda qadın alveri ilə də bağlı idi.

7 apreldə Channel A, polisin Sınqrinin Filippində qeyd etdiyi ad gününə qatılan 8 qadının qadın alveri ilə əlaqəli olduğunu təsdiqlədiyini bildirdi. Bu qadınları sorğulandıqdan sonra polis, Sınqrinin qadın alverində əli olduğu ilə bağlı şahid tapıb.

Həmin gün Seul Şəhər Polis İdarəsi : “Bir istintaq keçirdik və Palavandakı qadın alveri ilə bağlı Sınqrinin ad gününə qatılan qadınları sorğuladıq. Palavana qatılanların siyahısını aldıq. İstintaq hələdə davam etdiyi üçün neçə nəfər olduqlarını təyin etmək çətindir.” -deyərək, daha çox məlumat verməyi rədd edib.

Polis, Sınqrinin ad gününə qatılan qadınların səyahət xərclərini qarşıladığını da  təsdiqləyib. Köhnə müğənninin hal-hazırda xarici investorlar ilə yeni invest və ya mövcud investləri qorumaq üçün qadın alverindən istifadə etdiyindən şübhələnilir. Polis həmçinin, qadın alverinin Palavanın yaxınlığında başqa bir yerdə keçirildiyi ilə bağlı ifadə alıb.

Sınqri tərəfi isə bütün bu deyilənləri rədd edib.

Sınqri : “Qadın alverində əlim olduğu ilə bağlı iddiaların heç birində doğruluq yoxdur”.

2017-ci ildəki şənlikdə 600 milyon von (527.385$) xərcləyən Sınqri, sadəcə qadınların deyil, ad günündə iştirak edən hər kəsin səyahət xərclərini qarşıladığını  deyib.

Polis, “Club Arena”-dakı hadisə ilə bağlı şahid tapdığı üçün Sınqriyə qarşı olan iddiaları qismən təsdiqləmişdi.

Həmçinin daha öncə tanıtım və şöhrət üçün klubla əlaqəsi olduğu deyilsə də daha sonra Sınqrinin klubun idarəçiliyinə qatıldığı bildirildi.

 

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova