//Polis, Roy Kim-ə narkotik testi tətbiq edə bilməyəcəklərini bildirdi

Polis, Roy Kim-ə narkotik testi tətbiq edə bilməyəcəklərini bildirdi

Polis, Roy Kimə narkotik testi tətbiq edə bilməyəcəklərini söyləyib.

10 apreldə MBC-nin “Newsdesk” proqramında Roy Kimin hadisəsi ilə bağlı xəbərlər verildi. 10 aprel günortadan sonra müğənni, Conq Cun Yonqun qalmaqallı söhbət qrupunun şübhəlisi olaraq polis tərəfindən sorğuya alındı.

Başlanğıcda Roy Kim şahid olaraq çağırıldı. Ancaq polis tərəfindən qanunsuz video çəkmək və paylaşmaqda əli olduğundan şübhəli olaraq araşdırıldı.

Conq Cun Yonqun söhbət qrupundakı iştirakcıların tez-tez narkotiklə bağlı danışıqları olduğu üçün Roy Kim, narkotik istifadəsi ilə bağlı da iddialarla qarşı-qarşıya qaldı. Bunlara baxmayaraq, heç bir narkotik testi edilmədi.

Polis: “Roy Kim “İnformasiya və kommunikasiya şəbəkələri qanunlarını pozduğu üçün çağırılıb. Buna görə də onu test edilməyə məcbur edə bilmərik. Hal-hazırda Roy Kim ilə ortaq qərara gəlməyə çalışırıq.”- deyə bildirib.

 

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova