//Polis, medya işciləri, jurnalistlər və prodüserlərlə bağlı istintaqa başlayır

Polis, medya işciləri, jurnalistlər və prodüserlərlə bağlı istintaqa başlayır

Polis, cinsi zorakılıq qurbanlarının videolarını paylaşdığı üçün medya işciləri ilə bağlı istintaq aparacaq.

Seul Şəhər Polis İdarəsi cümə günü yayımladığı açıqlamada qrup söhbəti vasitəsi ilə qadınların videolarını paylaşan jurnalistlərə qarşı istintaqa başlayacaqlarını bildirib.

Polis, Burning Sunda qadınların xəbəri olmadan çəkilmiş qanunsuz görüntülərin jurnalistlər tərəfindən yayılması ilə bağlı tətqiqatlara başlayıb.

Söhbət qrupunda 200-ə yaxın jurnalist, prodüser və medya işciləri var. Qrup söhbətlərinin birinin ekran görüntüsündə qrupda olan jurnalistlər Burning Sunda baş verən cinsi zorakılığa məruz qalmış qadınların videolarını istəyib və paylaşıblar.

Qrup iştirakcıları bir-birlərinə əxlaqsızlıq yuvaları və barlarda məsləhət görüblər.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova