//Polis Hvanq Hana ilə bağlı həbs qərarı aldı

Polis Hvanq Hana ilə bağlı həbs qərarı aldı

Polis, qanunsuz narkotik ticarəti etdiyinə görə “Namyang Dairy Products” şirkətinin nəvəsi Hvanq Hananı həbs etmək qərarı aldı.

Qyonqqi İl Polis Təşkilatının qanunsuz narkotik araşdırma heyəti, JYJ qrupunun üzvü Yuçonun köhnə nişanlısı və “Namyang Dairy Products” şirkətinin qurucusunun nəvəsi olan Hvanq Hananı həbs etməklə bağlı qərar çıxartdı.

Hvanq Hana hal-hazırda keçən il qəbul etdiyi qanunsuz narkotik istifadəsi ilə bağlı iddialarla qarşı-qarşıyadır. Polis həmçinin Hvanq Hananın Qyonqqi bölgəsindəki xəstəxanada yatdığını və həbs qərarının tezliklə qüvvəyə minəcəyini bildirib.

Həbs qərarı, Hvanq Hananın məhkəmənin qərarını və evini axtarma, əl qoyma kimi qərarları rədd etməsindən sonra qüvvəyə minib.

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova