//Polis, Conq Cun Yonqun söhbət qrupunda məşhur dostları ilə narkotik istifadəsi ilə bağlı danışıqları olduğunu tapdı

Polis, Conq Cun Yonqun söhbət qrupunda məşhur dostları ilə narkotik istifadəsi ilə bağlı danışıqları olduğunu tapdı

DongA-nın xüsusi bir məqaləsinə görə polis, Conq Cun Yonqun məşhur dostları ilə qrupda danışdığı narkotik cinayətini araşdırır.

Seul Şəhər Polis İdarəsi, Conq Cun Yonqun Sınqri və başqa bir çox məşhurun olduğu söhbət qruplarında tez-tez narkotik olaraq adlandırdıqları “kogi”(ət) və “candy”(şəkər) ifadəli mesajlar tapıb.

Polisə görə söhbət qrupunda tez-tez “Bu gün siz “kogi” yemək istəyirsiz?”, “Bu gün biraz “candy” alaq” -kimi mesajlar yazılır. Bu söhbətlərə əsaslanaraq polis narkotik istifadəsindən şübhələnir.

Conq Cun Yonq ilə yaxından tanış olan bir müxbir : “ 2016-cı ilin oktyabr ayında “yeməkdə kogi yeyək” deyə danışıqlarını görmüşdüm.”

Başqa biri isə : “ sevgilimlə candy aldım” – deyə mesaj gördüyünü deyib.

Deyilənlərə görə qrupda olan məşhurlar narkotik testindən təmiz çıxmağın yollarını da danışıblar. Qrup üzvlərindən biri : “ Saçlarını irəli geri ağardıb rəngləsən testdə çıxmayacaq” , “IV damcı narkotik alsaq , idrar testində çıxmayacaq.” – deyə yazıb.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova