//Polis, Burning Sun hadisəsi ilə bağlı həbs qərarı tələb etdi

Polis, Burning Sun hadisəsi ilə bağlı həbs qərarı tələb etdi

Polis, Burning Sun cinayət işi ilə bağlı danışdı.

Polis 18-ci mətbuat konfransı keçirdi və “İ Mon Ho , Burning Sun və Çinli qadın Annanın həbs qərarını çıxarmaq üçün lazımi orqanlara müraciət etdik” –deyə bildirdi.

Bu polisin İ Mon Ho üçün həbs qərarı tələb etdiyi ikinci səfərdir. Mart ayında polis CEO-ya həbs qərarı çıxardı ancaq məkhəmə qərarı rədd etmişdi.

Polis, istintaqda Anna və İ Mon Honun narkotik istifadə etdiyini doğrulayıb.  Hər iki şübhəli 19 aprel saat 10:30-da Seul Şəhər Mərkəzi Məhkəməsində həbs olunacaq.

Polis həmçinin digər şübhəliləri hələ araşdırdıqlarını və iddiaları təsdiqləmədiklərini bildirib. Burning Sundan bu günə qədər 82 şübhəli rezer elətdirib. Bunlardan 11-i həbs olunub.

Polis həmçinin Tayvanlı Madam Lin ilə bağlı istintaqı ələ aldığını da bildirib. Madam Lin vəkili vasitəsi ilə polisə istintaqda iştirak edəcəyini bildirib.

Polis, Burning Sun hadisələrində adı keçən Sınqri ilə bağlı həbs qərarı çıxartdığını və ya qərar üçün müraciət etdiklərini təsdiqləmədi.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova