//Plastik cərrah müştərilərinin hansı qız idola bənzəmək istədikləri haqqında danışdı

Plastik cərrah müştərilərinin hansı qız idola bənzəmək istədikləri haqqında danışdı

Kim Cunq Kukun böyük qardaşı olan plastik cərrah Kim Cunq Мyon müştərilərinin kimə bənzəmək istədikləri barəsində danışdı.

Mayın 7-si Kim Cunq Мyon Video Star proqramında iştirak etdi və orada müştəriləri arasında hansı qız idolun xarici görünüşünün məşhur olduğunu söylədi. О, qeyd etdi ki, bir çox müştərilər konkret idolu göstərərək belə istəyir: «Xahiş edirəm, məni bunun kimi edin».

Plastik cərrahiyyə dünyasında ən məşhur TOP-3 üzə gəldikdə isə Kim Cunq Мyon paylaşdı ki, 3-cü yerdə  Cenni (BLACKPINK), 2-ci yerdə Yuna (Girls’ Generation), 1-ci yerdə isə Ayrindir (Red Velvet). Müştərilər Cenninin unikal cazibədarlığını, Yunanın ənənəvi gözəlliyini və Ayrinin kəskin cizgilərini səbəb göstərərək bu məşhurlara bənzəmək istədikərini deyirlər.