Netfliksin yeni proyekti “Persona”, aktrisa İU-nun iştirakı ilə çəkilən ilk qisametrajlı filmdir. İU-nun baş rollarda oynadığı qısametrajlı film Mystic Entertainmentə məxsusdur. Bu film dörd müxtəlif rejissor tərəfindən çəkilən, dörd fərqli sujet xətti olan qısametrajlı filmdir. Biz bu filmdə hər bir rejissorun yaratdığı sujetdə İU-nun canlandırdığı fərqli obrazları görəcəyik.
Rejissor Kyunq Mi Linin (Kyung Mi-Lee) rəhbərliyi ilə çəkilən birinci hissə “LoveSet” adlanır. Bu hissədə İU atasının sevgilisi ilə tenis oynayır. Oyundan əvvəl atasının sevgilisi onunla belə bir mərcə girir “Əgər bu oyunu mən udsam, sən atanla görüşməyəcəksən” deyir. İU isə “Ata, bu qadınla evlənmə” deyir.
İkinci hissə rejissor Pil Sunq İm (Pil Sung Im) tərəfindən çəkilib, “Collector” adlanır. Bu hissədə istedadlı aktrisa sirrlərlə dolu qadını canlandırır.
Qo Vun Jun (Go Woon Jeon) tərəfindən çəkilən üçüncü hissə “KissBurn” adlanır. Bu hissədə İU rəfiqəsinin intiqamını almağa çalışan yuxarı sinif şagirdinin obrazını canlandırır.
“The table worst day” adlanan dördüncü hissə Conq Kvan Kim (Jong kwan Kim) tərəfindən çəkilib. Yuxularında görüşən qadın və kişidən bəhs edir. Real həyatda danışa bilmədikləri problemləri yuxuda bir-birinə danışan cütlüklər canlandırılıb.
Filmin aprel ayının 5-də ekranlara çıxacağı gözlənilir.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020