//“Perfume” serialının ilk fraqmenti yayımlandı

“Perfume” serialının ilk fraqmenti yayımlandı

Əsas heyətində Qo Von He (Go Won-Hee), Şin Sonq Rok (Shin Sunq-Rok), Kim Min Kyu (Kim Min-Kyu) və Ça Ye Ryonun Cha Ye-Ryun) olduğu, KBS2-nun “Perfume” adlı yeni serialının ilk fraqmenti yayımlandı.

Serial, sirli bir ətir hesabına gənc bir qadına çevrilən orta yaşlı bir qadının ətrafında baş verir. Min Ce He həyatını ailəsinə həsr etmiş orta yaşlı bir ev qadınıdır. Ancaq bir gün, ailəsi darmadağın olur. Dünyası yıxılan və qəzəb içində olan Min Ce He, sirli bir ətir hesabına birdən gənc bir qadına çevrilir. Yeni gənc və gözəl görünüşü ilə modellik etməyə başlayır.

Şin Sonq Rok, serialda olduqca məşhur moda dizayneri olan So Yi Do obrazını canlandırır. Aşiq olmaqdan qorxan biridir.

Serialın rejissor kreslosunda “Mysterious Her Shopper” serialının rejissoru Kim Sanq Hvi oturur.

Serialın, 3 iyunda yayımlanması planlaşdırılır.

TAGS:

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan