//“People with Flaws” adlı yeni serialın video tiziri yayımlandı

“People with Flaws” adlı yeni serialın video tiziri yayımlandı

 

MBC kanallının “People with Flaws” adlı  yeni serialın video tiziri yayımlandı. Romantik, komediya janrında çəkilən serialın baş rol qəhrəmanları Oh Yon So (Oh Yeon-seo) və An Ce Hyondur (An Jae-hyeon). Serialın süjet xətti iki bir-birinin əksi olan insanların arasında yaranan sevgidən behs edir. Belə ki, məşqçi qız ancaq ciddi oğlanları xoşlayır, xarici görkəmin onun üçün heç bir əhəmiyyəti yoxdur. Amma, oğlan gözəl qızları xoşlayır və gözəllik onun üçün çox önəmlidir.  Yayımlanan video-tizrdə oğlanla qız oyun oynayırlar. Oyunun şərtlərinə əsasən qız gözlərini yummalı, hər dəfə gözünü açıb, arxadan ona yaxınlaşan oğlana baxıb, onu hərəkətdə tutmalıdır. Qız hər dəfə ona tərəf döndükdə, oğlan ona öpüşlər, gülücüklər göndərir, bu da qızın heç xoşuna gəlmir və düşünür ki “sən bir mənə toxun, gör əllərini qırıranmı” . Gəlin yayımlanan video-tizrə birlikdə baxaq. Serialın noyabr ayının 27-də yayımlanması planlaşıdrılır.