//Pentaqon-dan Kino, ayağındakı zədə səbəbilə çıxışlarına ara verəcək!

Pentaqon-dan Kino, ayağındakı zədə səbəbilə çıxışlarına ara verəcək!

Pentaqon-un 8-inci mini albomu “Genie: Us”ın geri dönüş şousunda Kino, yanvar ayında yaşadığı zədəyə görə fanatlarına, hələ tam sağalmadığını bildirib.
Idol, “Təxminən 2 ay əvvəl praktika edərkən ayağımı yaraladım. Geri qayıdışımız üçün, səhnədə qalmaq üçün, mümkün qədər tez sağalmaq düşüncəsi ilə; Proqramda heç bir şey olmadığı vaxtlarda yaxşılaşmaq üçün əlimdən gələni elədim, ancaq işlər istədiyim kimi getmədi. ” deyə bildirib.

“Artıq qoltuq ağaclarına ehtiyacım yoxdur və hazırda reabilitasiya müalicəsi qəbul edirəm. Bu məyus edicidir, amma təəssüf ki, çıxışlarda iştirak edə bilməyəcəyəm. Çıxışlardan başqa, bütün proqramlaşdırılmış tədbirlərdə iştirak edəcəyəm.” deyə o sözlərinə davam etdi.

Pentaqonun “Genie: us‘ı və “Sha La La” 27 martda KST-da yayımlanacaq.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan