//“Partners for Justice” serialının 2 sezonu iyun ayında yayımlanacaq

“Partners for Justice” serialının 2 sezonu iyun ayında yayımlanacaq

 

MBC kanalının 2018-ci ildə yayımlanan “Partners for Justice” serialı yenidən ekranlara qayıdır. Serialın aktyor tərkibi birinci sezondakı tərkib ilə eynidir. Serialın süjet xətti istitaq işləri aparan, tədqiqatçı həkimdən bəhs edir. Birinci sezonun sonu 2018-ci ilin iyun ayında tamamlanmışdı. Serialda rol oynayacaq aktyorları təkrar xatırladaq. Aktyor Conq Ce Yunq (Jung Jae Young), Conq Yu Mi (Jeong Yu-mi), Oh Man Sok (Oh Man-seok), Cu Cin Mo (Joo Jin Mo).

Serialın ikinci sezon çəkilişlərinə əvvəlcədən xəbər verdiyimiz kimi aktyor No Min Vu (No Min-woo) və Kanq Sınq Hyon (Kang Seung-hyeon) da iştirak edəcək. Aktyor No Min Vu (No Min-woo) təcili tibbi yardımın qəddar, soyuq qanlı amma peşəkar həkim rolunu, aktrisa Kanq Sınq Hyon (Kang Seung-hyeon) tibbi tədqiqat şöbəsinin həkimi rolunu canlandıracaq. Qeyd edək ki, serial tibb, dedektiv və drama janrında çəkiləcək. Serialın iyun ayında yayımlanması planlaşdırılır.