//Park Yu Çonun (Park Yoochun) pərəstişkarları ona məktub yazaraq onunla sağollaşdı

Park Yu Çonun (Park Yoochun) pərəstişkarları ona məktub yazaraq onunla sağollaşdı

 

Aprel ayının 30-da Park Yu Çonun (Park Yoochun) pərəstişkarları sevimli müğənniyə məktub yazaraq onunla sağollaşıb. Məktub Park Yu Çonun (Park Yoochun) narkotikdən istifadə etməsi ilə bağlı ittihamları qəbul etdikdən sonra DC Inside adlı online şəbəkədə yayımlandı.

Məktubda ” Səmaya bax. Biz həmişə sənin üçün dua edəcəyik. Bu cümlələr hər biri pərsətişkarın qəlbinin hayqırtısıdır. Son nəticədə sən bizə kədərlə dolu yalnızlıq verdin.  Biz sənə bir daha dəstək ola bilməyəcəyimizi xatırlayanda qəlbimiz ağrıyır. İndi anlayırıq ki, həqiqətən pərəstişkar və ulduz həyatı bir-birinə qarışmış su və yağ kimidir. Biz uzun, keşməkeşli yolu birlikdə gəldik, təyinat nöqtəsində bizi yaxşı heçnə qarşılamadı. Biz heçnə bilmirdik, sadəcə inanırdıq ki, həmişə sənə dəstək ola biləcəyik. Sənin “MƏN QORXURAM Kİ, MƏNİ TƏRK EDƏCƏKSİNİZ” bu sözlərini çox yaxşı başa düşürük, çunki biz də, səni tərk etməkdən çox qorxurduq. Artıq ayrı-ayrı yollardan getmənin vaxtı yetişdi. Biz sənin əlini buraxmalı oluruq. Düşünürük ki, baş verən hadisələr haqqında, qəlbindəki ağırlıq yaradan yükdən azad olana kimi düşünəcəksən.

Qeyd edək ki, Park Yu Çon (Park Yoochun) həm aktyor, həm müğənni, həm də bəstəkardır. Micky ləqəbi ilə məşhur olan Park Yu Çon (Park Yoochun) bir çox seriallarda və kinolarda baş rol qəhrəmanını canlandırıb. Ona ən çox məşhurluq gətirən filmlər və seriallar içərisində Sungkyunkwan Scandal (2010), Miss Ripley (2011), Rooftop Prince (2012), Missing You (2012), Three Days (2014) and The Girl Who Sees Smells (2015) və başqaları var. 2010-cu ildə bir çox mükafatlara layiq görülüb. 2019-cu ilin aprel ayının 25-i tarixində narkotika qəbulu ilə bağlı qalmaqal xəbərlərindən sonra agentliyi tərəfindən müqaviləsi ləğv edilib. Hal-hazırda 15 il həbs cəzası alacaq xəbərləri gündəmdədir.

Baş verən bu hadisələr hamının heyfslənməsinə səbəb oldu.