Park Sunq Vunq, İ Sol və Li El “When the Devil Calls Your Name” serialının əsas heyətinə qoşulub.
Serial, ruhunu şeytana satan məşhur bəstəkarın (Cunq Kyuq Ho) ətrafında fırlanacaq. Karyerasında və həyatında müvəffəqiyyətli olmaq üçün 10 il əvvəl ruhunu şeytana satır. Şeytan ilə müqavilənin bitməsinə bir neçə gün qalmış, karyerasındakı və həyatındakı uğurunu, bir qızın istedadını oğurlayaraq əldə etdiyi öyrənir. Həm öz həyatı, həm də həyatını oğurladığı qız üçün şeytanla mübarizə etməyə başlayır.
Park Sunq Vunq serialda məşhur aktyor olan Mo Te Kanq obrazını canlandıracaq. Karyeranda və həyatında müvəffəqiyyətli olmaq üçün ruhunu şeytana satıb. Ha Lip (Jung Kyunq Ho) ilə bir münaqişə içərisindədir.
Li Seol sserialda tanınmamış bir müğənni-söz müəllifi olan Li Kyunq obrazını canlandıracaq. Pis bir ailəyə doğulduğu üçün 18 yaşında həbsxanaya girir və çətin bir həyatı olur. Yaxşı qəlbli və dürüst bir şəxsiyyətə malikdir. Məşhur bir müğənni olmaq xəyallarının arxasınca qaçarkən Ha Lip (Cunq Kyunq Ho) ilə qarşılaşır. Ha Lipin köməyi ilə dünya onu tanıyır və həyatı dəyişir.
Li El serialda “Soul Entertainment” adlı bir əyləncə agentliyinin CEO-su olan So Yonq obrazını canlandıracaq. Yaxşı karyera qadınıdır və Ha Lip (Cunq Kyunq Ho) onun agentliyinə bağlıdır. Ha Lip ona hər kəsdən daha çox güvənir.
Serialn rejissor kreslosunda “Circle” serialının rejissoru Min Cin Ki oturur. Serialın senaristliyini “Come Back Mister” serialını qələmə alan No Hye Yonq edir.
Serialın ilk bölümü bu ilin ilk yarısında yayımlanması planlaşdırılır.
- So Hyon Cin yeni serialda rol oynayacaq - 11 Dekabr 2020
- “Lovestruck in the City” serialının yeni Fraqmenti yayımlandı - 11 Dekabr 2020
- “Secret Royal Inspector” serialının ilk fraqmenti yayımlandı - 01 Dekabr 2020