//Park So Cun(Park Seo Joon) BTS-dən V, Park Hyonq Şik(Park Hyung Sik) və Çe U Şik(Choi Woo Shik) ilə olan dostluğundan danışdı

Park So Cun(Park Seo Joon) BTS-dən V, Park Hyonq Şik(Park Hyung Sik) və Çe U Şik(Choi Woo Shik) ilə olan dostluğundan danışdı

Park So Cun(Park Seo Joon) qatıldığı radio proqramında BTS-dən V, Park Hyonq Şik(Park Hyung Shik) və Çe U Şik(Choi Woo Shik) ilə olan dostluğundan danışıb.

Verliş zamanı aparıcı So Cundan musiqi zövqü haqqında soruşub. So Cun “Jamais Vu”-nu seçərək , “Map  of the Soul: Persona” albomunu sevdiyini açıqlayıb. 

Yaxın dostu və keçmiş “Hwarang” serialındakı əməkdaşı V-ni çox sevdiyini, onun dünya ulduzu olduğunu və eyni zamanda da yaxın dostu olduğunu bildirib. Jamais Vu-nun favoriti olduğunu da açıqlayıb. 

Eyni zamanda məşhura Park Hyonq Şik(Park Hyung Shik) ilə əsgərlikdən bu yana əlaqə qurub qurmadıqları soruşulub.

Park So Cun : “ Ona zəng edə bilməmişəm amma mesaj atmışam. Onu orada ziyarət edəcəyəm.”-deyə bildirib.

Məşhura V, Hyonq Şik və U Şik ilə danışdığı qrup söhbətləri də soruşulub. Aktyor: “Problemlərim və narahatçılıqlarım haqqında ən çox danışdığım doatlarım onlardır.” Həmçinin , xarakterləri canlı olduğundan çox danışqan olduqlarını və qrup mesajlarının susmadığını da bildirib.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova