//Park So Cun, yeni bir serialda rol ala bilər

Park So Cun, yeni bir serialda rol ala bilər

Park So Cun, JTBC-nin “Itaewon Class” adlı yeni serialında kişi baş rol xarakterini canlandıracaq.

17 apreldə, Park So Cunun agentliyi,” Awesome ENT”, ifaçının sözügedən serialdan təklif aldığı təsdiqlədi.

Bir webtoondan ilhamlanan olan serial, yeyinti sənayesində böyük bir şirkətin başı olan atasının ölümündən sonra müxtəlif çətinliklər yaşayan və ardından Itaewonda bir qida müəssisəsi açan bir adamın ətrafında baş verir.

Serialın rejissor kreslosunda “Lav in the Moonlight”, “Discovery of Romance” və “Big” seriallarının rejissoru Kim Sung-Yoon oturur.

Serialın yayım tarixi haqqında heç bir açıqlama verilməyib.

Behbudzadə Aydan

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan