Rejissor İ Byonq Honun (Lee Byung Hun) rəhbərliyi ilə çəkilmiş və yüksək reytinqlər qazanmış “Extreme Job” filmindən sonra rejissorun yeni işi “Dream” adlı filmdir. Sözü gedən filmin baş rol qəhrəmanı, sevilən aktyor Park So Cundur (Park Seo Joon). Onun rol həmkarı hələ dəqiqləşdirilməyib. Sevilən aktyor filmdə sahibsiz insanlardan təşkil olunan futbol komandasının baş məşqçisi rolunu canlandıracaq. Komanda dünya çempionluğunda iştirak etmək uğrunda mübarizə aparacaq. Nəzərinizə çatdıraq ki, evsiz-eşiksiz insanlardan təşkil olunan futbol yarışları həqiqətən var. Filmin çəkilişlərinə növbəti ildən başlanılması planlaşdırılır.
Latest posts by Turan Suleymanova (see all)
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020