//Park So Cun “Capital Marvel”in davam filmi “The Marvels”də rol alacaq

Park So Cun “Capital Marvel”in davam filmi “The Marvels”də rol alacaq

İyunun 15-i Park So Cunun “Captain Marvel”in davam filmi olan “The Marvels”də rol alacağını bildirildi. Məlumata görə aktyor hazırda üzərində çalışdığı “Concrete Utopia”nın çəkilişlərini başa vurduqdan sonra, bu ilin ikinci yarısında çəkiliş üçün ABŞ-a gedəcək.

Xəbərlə əlaqədar olaraq Park So Cunun agentliyi Awesome ENT “Şərh yoxdur” cavabını verdi.

Bri Larson, Teyonah Parris və İman Vellani kimi məşhurlar da rejissoru Nia DaCosta-nın olduğu filmin aktyor heyəti arasındadır.

Əgər xəbər təsdiqlənərsə Park So Cun, “Avengers: Ultron Age” filmindəki Klaudiya Kim və “Eternals” filmindəki Ma Donq Sokdan sonra Marvel filmində rol alan üçüncü koreyalı aktyor olacaq.

Filmin 11 noyabr 2022-ci ildə ABŞ-da yayımlanması planlaşdırılır.

Elmina Səfərova