//Park Şi Hu yeni bir serialda rol alacaq

Park Şi Hu yeni bir serialda rol alacaq

Park Si-Hoo TV Chosun`un “Babel” adlı yeni serialında kişi baş rol obrazı canlandıracaq.

Serial, intiqam almaq ilə eşq arasında qalmış bir prokurorunun ətrafında dönməkdədir. O, intiqamını almaq üçün hər şeyi etməyi gözə almışdır. Ancaq bir gün, evləndikdən sonra həyatı məhv olan bir aktrisaya könlünü verir. Həmçinin serial, cinayət işinin çirkin həqiqətlərinə və şirkət sahibi iki fərqli ailənin arasındakı güc savaşını əhatə edəcək.

Park Si-Hoo serialda prokuror olan Cha Woo-Hyuk obrazını canlandıracaq. İntiqam almaq üçün hər şeydən imtina etmişdir. Ancaq bir gün, evli bir aktrisa olan Han Jung-Wona aşıq olur. Jung-Wonun əri bir şirkət sahibinin oğludur və bir gün öldürülür. Woo-Hyuk, Jung-Wonun həyat yoldaşının cinayət işinə prokuror kimi təyin edilir və bu cinayətin baş şübhəlisi olaraq Jung-Wonu görməyə başlayır.

Serialın rejissor kreslosunda “Bridal Mask”, “You Are The Best!”, “The Kings Face” və “Hwarang” seriallarının rejissoru Young Seong-Sik oturur.

Serialın ilk seriyasının Yanvar 2019da yayımlanması planlaşdırılır.(guneykoresinemasi.com)

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)