//Park Min Yonq(Park Min Young) və So Kanq Cun(Seo Kang Joon) birlikdə yeni serialda oynayacaqlar

Park Min Yonq(Park Min Young) və So Kanq Cun(Seo Kang Joon) birlikdə yeni serialda oynayacaqlar

Avqust ayında iki aktyorun JTBC-nin “I’ll Go to You When the Weather Is Nice” serialı üçün danışıqlar apardıqları məlum oldu.

17 sentyabrda Park Min Yonq və So Kanq Cunun setialın baş rol obrazı olaraq birləşəcəyi təsdiqləndi.

Dram eyni adlı bir romana əsaslanır və kənddə qurulmuş isti bir romantik hekayədir.

Park Min Yonq, gənc olduğundan violonçel ifa etməsindən başqa heç bir xüsusi xüsusiyyətləri olmayan adi bir qadın olan Mok He Von obrazını oynayacaqdır. Peşəkar dünyaya çıxmaq üçün bu bacarığından istifadə edir, ancaq bu yalnız ürək ağrısı və etibarın itirilməsi ilə nəticələnir. Sonra gənc yaşlarında yaşadığı Qanqvon əyalətindəki bir şəhərə köçmək qərarına gəlir.

So Kanq Cunun personajı Im Sob,  Mok He Vonun məmləkətində kiçik bir kitab mağazasında çalışır. O, gününü qəhvə içərkən kitab oxuyaraq və kitab mağazası bloqu üçün yazı paylaşaraq olduqca sadə bir həyat tərzi yaşayır. He Von onun həyatına girəndən sonra həyatı sarsılır.

Serial 2020-ci ilin ilk yarısında ekranlarda yayımlanmağa başlayacaq.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova