//Park Min Yonq (Park Min-yeong) Marie Claire jurnalına müsahibə verdi

Park Min Yonq (Park Min-yeong) Marie Claire jurnalına müsahibə verdi

 

Sevilən aktrisa Park Min Yonq (Park Min-yeong) Marie Claire jurnalının iyul buraxılış üçün hazırlanan fotosessiyada iştirak edib. Foto çəkilişlər zaman müsahibə verən aktrisa belə deyib: Her Private Life serialının çəkilişləri artıq bitib. Amma mən hələ də canlandırdığım obrazın təsirindən çıxa bilməmişəm. Düzdür, bu elə də uzun zaman deyil, amma tez bir zamanda yenidən özümə qayıtmağa çalışmalıyam”. Qeyd edək ki, məşhur aktrisa canlandırdığı obrazların təsirindən çıxa bilməmək kimi bir adəti var. Bu adət ya peşəsindən ya da xarekterindən irəli gəlir. Belə ki, o, canlandıracağı hər bir obrazın xarakteri haqqında o qədər düşünür ki, müəyyən zaman keçsədə o, bu təsirdən çıxa bilmir.

Aktrisa, təklifləri hansı kateqoriya üzrə seçim edirsiniz sualına :“Əvvəla mənim üçün ən önəmli faktor seçdiyim proyektdən zövq ala bilib bilməyəcəyimdir. Belə ki, canlandırdığım hər bir obrazdan ləzzət almağı xoşlayıram. Bir də, seçim edərkən bir neçə ildən sonra mən bu obrazı canlandıra bilərəmmi, bilmərəmmi deyə düşünürəm və ona uyğun razılıq verirəm” deyə cavab verib.

Rol həmkarları ilə uyğun olub, olmadığı nə dərəcədə önəmlidir sualına :”Qeyd edim ki, işə başlamazdan əvvəl mən rol həmkarımdan əmin olmalıyam. Mən əmin olmalıyam ki, məni izləyənlərdə əmin olsunlar. Onlarda bu hissi yaratmağı bacara bilməyim üçün həmişə rol həmkarım ilə “bu səhnədə bunu belə edək”, “bu hərəkəti elə”, kimi öz şəxsi fikirlərimi bildirirəm. Hansı ki, sırf bu hərəkətlər mənim ürəyimi titrətməli, məni həyəcanlandırmalıdır ki, məndə o hissi tamaşaçıya ötürə bilim” deyə cavab verib.