//Park In Bin, So Ci Hun və Yuk Sunq Ce yeni bir serialda birlikdə rol oynaya bilərlər

Park In Bin, So Ci Hun və Yuk Sunq Ce yeni bir serialda birlikdə rol oynaya bilərlər

Park In Bin, So Ci Hun və BTOB qrupundan Yuk Sunq Ce, tvN-in “Man Who Bakes Bread” adlı yeni serialında baş rolları bölüşəcəklər.

Bir vebtoondan ilhamlanan dram, romantika, fantastika növündəki serial, insana çevriləbilən pişik və onun sahibi ətrafında baş verir.

Ötən ilin dekabr ayında, kişi baş rol obrazı canlandırması üçün Yuk Sunq Cenin təklif aldığı açıqlanmışdı. Yuk Sunq Ce əgər təklifi qəbul edərsə serialda insana çevrilə bilən pişik olan Honq Co obrazını canlandıracaq.

21 fevralda, Park In Binin agentliyi və So Ci Hunun agentliyi, aktyor və aktrisanın sözügedən serialda rol alması üçün təklif aldığını təsdiqlədi.

Park In Bin əgər təklifi qəbul etsə, serialda Honq-Conun sahibi olan Kim Sol Ah obrazını canlandıracaq. 20 yaşında olan gənc bir qızdır. Bir gün, bir pişik hesab etdiyi Honq Coyu evinə gətirir. Ancaq heç gözləmədiyi bir hal ilə qarşılaşır.

Serialın rejissor kreslosunda “100 Days My Prince” serialının rejissoru Li Conq Ce oturur. Serialın ssenaristliyini “Marriage Not Dating” və “Introvert Boss” seriallarını qələmə alan Cu Hva Mi edir.

Serialın, 2019-cu ilin ilk yarısında yayımlanması planlaşdırılır.

TAGS:

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan