//Park He Su (Park Hae-Soo), Su Hyon (Soo-Hyun) (Claudia Kim) və İ He Cun (Lee Hee-Joon) yeni bir serialda birlikdə rol oynayacaq

Park He Su (Park Hae-Soo), Su Hyon (Soo-Hyun) (Claudia Kim) və İ He Cun (Lee Hee-Joon) yeni bir serialda birlikdə rol oynayacaq

Park He Su (Park Hae-Soo), Su Hyon (Soo-Hyun) (Claudia Kim) və İ He Cun (Lee Hee-Joon) aksiyon növündəki “Chimera” adlı yeni bir serialda baş rolları paylaşacaqlar.

Serial, 1984 və 2019 tarixlərində baş verən oxşar iki işi araşdıran bir komandan ətrafında baş veir. 2019 tarixində bir partlayış baş verir və bu partlayışın arxasında isə qətllər olduğu öyrənilir. Ancaq bu hadisənin bir bənzəri 1984-ci ildə (Chimera Hadisəsi) baş vermişdir. Bir-birinə bənzər bu iki hadisənin araşdırılması üçün bir komanda qurulur.

Park He Su serialda bir detektiv olan Ça Ce Hyon xarakterini, İ He Cun serialda bir həkim olan İ Cunq Yob xarakterini və Su Hyon serialda bir profilci olan Donq Cin obrazını canlandıracaq. Hər üç obrazda, 1984 və 2019 tarixlərində baş verən oxşar iki işi araşdırmaq üçün yaradılan qrupa qatılır.

Serialın rejissor kreslosunda “Medical Top Team” və “The Mun Embracing The Sun” seriallarının rejissoru Kim Do Hun oturur. Serialın ssenaristliyini “Ex-Girlfriends Club” serialının qələmə alan İ Cin Me edir.

Seriali üçün 13 Milyard Won (təxminən 11,2 Milyon Dollar) büdcə ayrılıb və serialın quruluşunu, JS Pictures şirkəti üzərinə götürüb.

Serialın ilk bölümü bu ilin ikinci yarısında yayımlanması planlaşdırarkən serialının hansı yayım kanalı vasitəsilə tamaşaçıya göstəriləcəyi hələ müəyyən olunmayıb.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan