//Park He Cin yeni bir serialda rol oynayacaq

Park He Cin yeni bir serialda rol oynayacaq

Park He Cin “Secret” adlı yeni serialda kişi baş rol obrazını canlandıracaq.

15 fevralda, Park He Cinin agentliyi, “Mountain Movement” sözügedən serialda rol oynayacağını təsdiqlədi. Həmçinin aktyorun ilk çıxışından bu yana rol aldığı ilk romantik-komediya növündəki serial olacağını bildirib.

“Secret”, yaşadıqları pis hadisələrə görə qəlblərində izlər daşıyan və realist arzuları olan bir qrup insanın ətrafında baş verir. Bu insanların yaralı qəlbləri yavaş-yavaş yaxşılaşarkən özlərilə yanaşı başqalarını sevməyi və həqiqi xoşbəxtliyin mənasını öyrənirlər.

Park He Cin serialda insanları xilas etmək üçün vertolyot istifadə edən 119 xüsusi xilasedici dəstənin bir üzvü olan Kanq San Hyok obrazını canlandıracaq. Yaraşıqlı olduğu qədər ağıllı və ambisiyalı biridir Ancaq uşaqlığını xatırlamır.

Park Hae Cin, ötən ilin noyabr ayında, 119 xilas etmə mərkəzində, fəxri yanğınsöndürən olaraq seçilmişdi.

Bununla yanaşı, Park He Cin, çəkilişləri yarıda qalan və ləğv edilən “Four Men” serialından ayrılma qərarı almışdı. “Four Men” serialının çəkiliş qrupunda baş verən problemlərə görə serialın çəkilişləri başa çatmamışdı. Buna görə aktyor tamaşaçısından uzun müddət ayrı qalmışdı.

Serialının yayım tarixi və hansı kanal vasitəsi ilə yayımlanacağı hələ müəyyən olunmayıb.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan