//Park Ci Yun(Park Ji Yoon) Kakao-nun CEO-su Co Su Yonq(Co Soo Yong) ilə evləndi

Park Ci Yun(Park Ji Yoon) Kakao-nun CEO-su Co Su Yonq(Co Soo Yong) ilə evləndi

Aprel ayının 22-si yayımlanan xəbərlərdə cütlüyün mart ayında evləndikləri ortaya çıxdı.

Kakao-nun bir nümayəndəsi :”CEO Co Su Yonq və Park Ci Yun keçən ay evlənib. Toy mərasiminə ailə üzvləri, dostlar və yaxın tanışları qatılıb.” -deyə bildirib.

Cütlük, Co Su Yonqun yayımladığı aylıq jurnal olan “Magazine B”-nin ev sahibliyi etdiyi podcast  “B Cast”-da işlədikləri zaman bir araya gəlib. Co Su Yong dizayn, marketinq, yaradıcı rəhbərlik və başqa bir çox işləri ilə tanınır. Park Ci Yun isə dizayn, incəsənət, musiqi və filmə olan marağı ilə bilinir. Cütlük evlənmədən öncə oxşar maraq dairələrini kəşf edib və 2 il öncədən birlikdədirlər.

Daha öncə 2017-ci ilin may ayında ikili haqqında xəbərlər yayılmış , lakin Park Ci Yunun şirkəti “Bir-birlərini iş vasitəsi ilə tanıdıqları düzdür. Ancaq münasibətləri yoxdur” – deyə yalanlamışdı.

Park Ci Yonq 1993-cü ildə uşaq model olaraq ilk dəfə səhnəyə çıxıb və qısa zaman ərzində reklam modeli olaraq tanınıb. 1994-cü ildə SBS-nin “Dinosaur Teacher” proqramında uşaq aktyor olaraq çıxış edib. 1997-ci ildə “Skyblue Dream” ilə müğənniliyə başlayıb. O zamandan bu yana bəstəkar, aktrisa və fotoqraf olaraq aktiv şəkildə çalışır.

Co Su Yonq dizayn və marketinq mütəxəssisidir. Cənubi Koreyada istifadə olunan ən böyük axtarış portalı olan “Naver” üçün yaşıl əsas pəncərəni dizayn etməsi ilə tanınmışdır.

Seul Milli Universitetinin “Sənaye Dizaynı” fakültəsini magistr dərəcəsi ilə bitirmişdir. 2003-cü ildə Naver ilə çalışmağa başlamadan öncə “Freechel” axtarış portalında çalışıb. Kakao-nun marka və dizayn departamentindəki müxtəlif vəzifələrdə işlədikdən sonra  2018-ci ilin mart ayında CEO olaraq fəaliyyətə başlayıb.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova