//Park Bom, pərəstişkarlarına geri dönüşünə göstərdikləri diqqət üçün təşəkkür etdi + ağladı

Park Bom, pərəstişkarlarına geri dönüşünə göstərdikləri diqqət üçün təşəkkür etdi + ağladı

Park Bom , pərəstişkarlarının dəyişməyən sevgi və dəstəyini görüb təsirləndi.

Martın 6-sı Park Bom, uzun müddətdir gözlənilən solo dönüşü “Spring” üçün MV tizrı paylaşdı. Paylaşıldıqdan bir neçə saat sonra Park Bom , Naverdə V Live yayımı açdı və böyük diqqət göstərdikləri üçün hər kəsə təşəkkür etdi.

Park Bom : 

”Çox ağladım. Tizr yayımlandıqdan sonra mənə çox təsir etdi. Nə deyəcəyimi bilmirəm amma çox təşəkkür edirəm. Ümid edirəm ki, mahnımı bəyənəcəksiniz.”

Pərəstişkarlarına dəfələrlə təşəkkür edərək, əlavə etdi :

“Bunu(V Live Yayımını) daha sonra silmək istəyirəm amma səmimiyyətimi göstərmək istədim”  – dedi.

Spring”in tam versiyası mart ayının 13-ü yayımlanacaq.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova