//Park Bo Yonq və Ahn Hyo Sopun “Abyss” adlı serialının ilk afişası nümayiş olundu

Park Bo Yonq və Ahn Hyo Sopun “Abyss” adlı serialının ilk afişası nümayiş olundu

Park Bo Yonq və Ahn Hyo Sopun baş rol olaraq canlandırdığı “Abyss” serialının ilk afişası nümayiş olundu.

Serial, sirli bir yuvarlaq əşya sayəsində, ruhlarının gözəlliklərinə görə xarici görünüşləri dəyişən iki insanın həyatından bəhs edir. Se Yon ( Kim Sa Raq) və Ça Min (An Se Ha) qarışdıqları bir hadisə nəticəsində həyatlarını itirirlər. İkisi də “Abyss” adlı sirli yuvarlaq bir əşyanın sayəsində başqa bədənlərdə yenidən həyata dönərlər. Ancaq Se Yon  dillərə dastan bir gözəlliyə sahib ikən sıradan olur (Park Bo Yonq), Ça Min heç cəlbedici biri deyilkən olduqca yaraşıqlı (Ahn Hyo Sop) biri olur. İkisi də qatillərini axtarmağa başlayar.

Nümayiş olunan afişada bunlar yazılıb: “Cəlbedici bir qadın; sıradan biri & cəlbedici olmayan kişi; yaraşıqlı biri olaraq həyata dönər.”

Serialın ssenaristi “Rude Miss Young Ae” hekayəsinin 9-cu və 10-cu mövsümünü qələmə alan Mon So Yundur.

İlk seriyasının may ayında yayımlanması planlaşdırılır.