//Park Bo Qumun ” Se Bok” filmində Qonq Yo ilə birlikdə rol alacağı dəqiqləşdi

Park Bo Qumun ” Se Bok” filmində Qonq Yo ilə birlikdə rol alacağı dəqiqləşdi

Aktyor Park Bo Qumun üç il aradan sonra Qonq Yo ilə birlikdə rol alacağı təsdiqləndi.

Film, dünyanın ilk insan klonu ‘Se Bok’u ələ alaraq əbədi həyat sirrini həll etməyə çalışan çox güclü insanların mübarizəsini əks etdirir. Filmdə Qonq Yo köhnə kəşfiyyatçı Ki Hun xarakterini canlandırır. Se Boku ələ keçirmək üçün mübarizənin ortasında özünü tapır.

Park Bo Qum, Se Bok filmində ilk insan klonunu canlandıracaq.

Bundan əlavə, film Çin klassiki olan “Xu Fu” adlı hekayənin müasir həyata uyğunlaşmış variantıdır .

Filmin rejissor kreslosunda “Memarlıq 101” filminin rejissoru Li Yonq Co oturur.

Filmin aprel ayında çəkimlərə başlanacağı dəqiqləşdi.