Park Bo Qum üç ildən sonra yenidən filmə çəkilə bilər.
Fevralın 7-də, Park Bo Qumun təmsilcisi, aktiyorun “So Bok” filmində rol alması üçün təklif aldığını ve təklif haqqinda fikirləşdiyini bildirmişdir.
Park Bo Qum əgər təklifi qəbul edərsə filmdə klon olan So Bok xarakterini canlandıracaq.
Film, dünyanın ilk insan klonu olan So Boku ələ keçirərək, əbədi yaşamağın sirrini öyrənməyə çalışan bir çox güçlü insanın bir-biri ilə mübarizə aparması haqqındadır. Qonq Yu filmde keçmiş kəşfiyyat agenti Ki Hun obrazını canlandırır. Özünü So Boku ələ keçirmə mübarizəsinin tam ortasında tapır.
Bundan başqa, film, Çin klassiki olan “Xu Fu” adlı hekayənin, müasir həyata uyğunlaşdırılmış formasıdır.
Filmin rejissor kreslosunda “Architecture 101” filminin rejissoru İ Yonq Cu (Li Yong-Joo) oturur.
- So Hyon Cin yeni serialda rol oynayacaq - 11 Dekabr 2020
- “Lovestruck in the City” serialının yeni Fraqmenti yayımlandı - 11 Dekabr 2020
- “Secret Royal Inspector” serialının ilk fraqmenti yayımlandı - 01 Dekabr 2020