//Park Bo Qum (Park Bo-gum) Sonq Hye Kyo ( Song Hye-Gyo) və Sonq Cun Kinin ( Song Joong-ki ) boşanmasında günahkardır?

Park Bo Qum (Park Bo-gum) Sonq Hye Kyo ( Song Hye-Gyo) və Sonq Cun Kinin ( Song Joong-ki ) boşanmasında günahkardır?

 

Bu gün aktyor Sonq Cunq Kinin ( Song Joong-ki ) aktrisa Sonq Hye Kyodan ( Song Hye-Gyo) boşanma xəbəri mətbuata bomba kimi düşdü. Uzun müzakirə və şübhələrdən sonra nəhayət, məlum oldu ki həqiqətən hər iki cütlük ciddi problemlər yaşayırmış. Boşanmaya səbəb kimi yayılan şayələrin içərisində aktror Park Bo Qumun (Park Bo-gum) da adı hallanır. Belə ki, aktrisa Sonq Hye Kyo ( Song Hye-Gyo) və Park Bo Qum (Park Bo-gum) birlikdə çəkildiyi “Encounter” ( serial haqqında ətraflı buradan oxuya bilərsiniz) adlı serialın cütlük rolundan sonra şayələr yayılmağa başladı. Hər ikisi yayılan xəbərləri rədd etsədə boşanma xəbəri mətbuta düşən kimi əvvəlki söhbət yenidən gündəmə gəldi. Yayılan bu xəbərlərə Park Bo Qumun (Park Bo-gum) agentliyi rəsmi açıqlama verərək aktyorun boşanma xəbərlərinə heç bir aidiyyatı olmadığını bildirdi. Açıqlamada belə deyili: “Bu yalan şayələr Park Bo Qumun (Park Bo-gum) və Sonq Hye Kyo ( Song Hye-Gyo) ilə birlikdə çıkildiyi sonuncu serialdan sonra yayılmağa başladı. Yayılan şayələr yalandan başqa bir şey deyil. Artıq bu böhtanlar bizi ciddi şəkildə narahat edir. Bundan sonra bu cür xəbərləri yayanlar məhkəmə yolu ilə hamıya cavab verəcək”.

Bəs siz necə düşünürsünüz?