Sentyabr ayının 25-də KİV-nə verilən məlumatda aktyor Park Bo Qomun (Park Bo Gum) baş rollarını sevilən aktrisa Suzinin oynayacağı “Wonderland” adlı filmində rol həmkarı olacağı deyilir. Qeyd edək ki, film rejissor Kim Te Yonqun (Kim Tae Yong) ailə həyatı qurduqdan sonra, 2014-cü ildən sonra ilk geri dönüş filmi hesab olunur. Film haqqında yayılan məlumatlara aktyor Park Bo Qomun agentliyi “Blossom Entertainment” belə açıqlama verib: “Filmdə baş rol oynamaq Park Bo Qoma təklif olunduğu xəbərləri doğrudur. Aktyor hal-hazırad filmin süjet xətti ilə tanış olur və film haqqında müsbət düşünür”. Film drama janrında çəkiləcək. Filmin süjet xətti müxtəlif insanların həyatından bəhs edir, filmin sonu haqqında dəqiq məlumat hələ verilməyib. Aktyor Park Bo Qom filmdə aktrisa Suzinin sevgilisi rolunu oynayacağı deyilir. Bundan başqa filmdə Çoi Vu Şik (Choi Woo-shik) də rol oynayacaq.
Bizi izləməyə davam edin.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020