//Park Bo Gumun hərbi xidmətə başlayacağı açıqlandı

Park Bo Gumun hərbi xidmətə başlayacağı açıqlandı

Aktyor Park Bo-Gum tezliklə hərbi xidmətə gedəcəyini açıqladı. 

Park Bo-Gumun  agentliyi Blossom Entertainment iyunun 2-si Park Bo-Gumun  Dəniz Mədəniyyət Tanıtım Qrupuna müraciət etdiyini və bir müsahibə verdiyini açıqladı.  İyunun 1-i Hərbi Dəniz Qərargahında keçirilən görüşdə Park Bo-Gum, Hərbi Dəniz Qüvvələri ilə görüş keçirib.  Aktyorun hərbi xidmətə qəbulu iyunun 25-də elan ediləcək və qəbul olunarsa, 31 avqust tarixində hərbi xidmətinə başlayacaq. Əgər, hərbi xidmətə qəbul olunarsa, 20 ay ərzində əsgərlik çəkəcək və 2022-ci ilin aprel ayında tərxis olunacaq.  Park Bo-Gumun hərbi xidmətə başlayacağı xəbəri bir çox pərəstişkarları təəccübləndirdi. Çünki, Park Bo Gum hazırda 27 yaşındadır.

Könüllü şəkildə müraciət etmə tendensiyasına görə 28 yaşından əvvəl siyahıya alınan şəxslər hərbi xidmətə ‘erkən qeydiyyat’ statusu ilə daxil olurlar. Hazırda idollar və aktyorlar “erken qeydiyyata” alınaraq hərbi xidmətə qəbul olmağa başlayıblar. Buna 2018-ci ildə yenidən işlənmiş Hərbi Xidmət Qanunu da böyük rol oynayıb.  Əvvəllər magistr təhsili almaq və ya ölkə üçün “elçi” olmaq kimi səbəblərə görə hərbi xidmətə qəbulu 30 yaşına qədər təxirə salmaq mümkün idi, ancaq hazırda 28 yaşından sonra qəbulu təxirə salmaq qəti şəkildə məhdudlaşdırılıb.  Xatırladaq ki, 1993-cü il təvəllüdlü EXO üzvü D.O, ötən ilin iyul ayında yəni  26 yaşında,1990-cı il təvəllüdlü aktyor Kang Haneul, 2017-ci ildə 28 yaşında hərbi xidmətə qəbul edilmişdi.

Elmina Səfərova