G-Dragonun şəxsi brendi Peaceminusone və Nike-ın birlikdə əməkdaşlığı ilə hazırlanmış “Para-Noise” ayaqqabıları satışa çıxdıqdan qısa müddət sonra bütün ölkələrdə tükənmişdi. Bir çox koreyalı və xarici məşhurlar da həmin ayaqqabılardan alaraq, yeni trendə qoşulmağa başlamışdılar.
“Para-Noise” ayaqqabıları artıq futbol sahəsində də məşhurlaşmağa başlayıb. Belə ki, dünyaca məşhur futbolçular da G-Dragonun dizayn etdiyi ayaqqabılardan alıb.
Ayaqqabıları alan futbolçular arasında ən çox diqqət çəkənlər isə Paris Sen-Jermen(Paris Saint Germain) klubunun hücumçuları və dünyaca məşhur futbolçular olan Neymar və Kylian Mbappé olub.
Hər iki məşhurun da satın aldığı ayaqqabılar isə “Para-Noise”-un ilk versiyasıdır. Ayaqqabıların satışa çıxdıqdan qısa müddət sonra bütün dünyada tükənməsini nəzərə alaraq deyə bilərik ki, bu ayaqqabıları səbrsizliklə gözləyənlər tək K-Pop fanatları deyilmiş.
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021
- Seungri birbaşa hərbi məhkəmədə şahidlə üz-üzə gəldi - 09 Dekabr 2020