//Pak Yuçon əyləncə sektorundan gedir

Pak Yuçon əyləncə sektorundan gedir

Pak Yuçonun agentliyi onunla müqaviləsini ləğv etdi və onun sektoru tərk etdiyini bildirdi.

 

C-JeS Entertainment rəsmi bəyanat paylaşdı:

«Salam! Bu, C-JeS Entertainment-dir.

Biz Pak Yuçonun günahkar olmadığı [narkotik qəbulunda] haqda bəyanata əsaslanaraq və istintaq prosesini izləyərək, dünən xəbər məqalələrində Pak Yuçonun Milli tibbi-məhkəmə xidmətinin keçirtdiyi narkotikə olan testlərinin müsbət nəticə verdiyini müəyyən etdik.

Biz eyni zamanda bizim agentliyin artisti olan Pak Yuçonun sözlərinə inanaraq istintaq nəticələrini gözləyirdik. Belə bir nəticə ilə qarşılaşdığımız üçün özümüzü çox pis hiss edirik.

Belə bir nəticəyə gəldik ki, Pak Yuçonla qarşılıqlı inam münasibətimizi bərpa edə bilmirik və ekskluziv müqaviləni ləğv etmək qərarına gəldik.

Pak Yuçonun press-konfransda bildirdiyi kimi o, bu sektordan gedəcək. Gələcəkda planlaşdırılmış reklam tədbirləri ləğv olunacaq və o, Ədliyyə Nazirliyinin qəranını təqib edəcək.

Аgentlik bu hadisənin bütün ciddiyyət və məsuliyyətini qəbul edir. Biz bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün dəyişikliklər etmək və ciddi tədbirlər görmək üçün əlimizdən gələni edəcəyik.

Bu hadisə ilə əlaqədar narahatçılıq yaratdığımız üçün üzr istəyərək başımızı əyirik».

Xatırladaq ki, Pak Yuçon keçmiş sevgilisi Hvan Hana ilə birgə filopon qəbul etməkdə şübhəlidir. Əvvəlcə o, press-konfransda heç vaxt narkotik qəbul etmədiyini bildirmişdi. Pak Yuçonun ilkin həbsinə dair tələbin əsaslığının müəyyənləşdirilməsinə dair sorğu-sual aprelin 26-sında baş tutacaq.