//Ordu nümayəndələri G-Dragonun mövcud əsgər statusu və imtiyazları ilə bağlı heç bir qaydanı pozmadığını bildirdi

Ordu nümayəndələri G-Dragonun mövcud əsgər statusu və imtiyazları ilə bağlı heç bir qaydanı pozmadığını bildirdi

26 fevralda ROK Ordusunun nümayəndələri, Big Bang üzvü G-Dragonun əsgər statusunu əhatə edən mübahisəsi ilə bağlı cavab verib.

Daha əvvəl medianın bildirdiyinə görə, G-Dragon, məcburi əsgərlik dövründə tamamlanması lazım olan ümumi 4 sıradan 2-ci sıradadır. Hesabatda bildirilir ki, G-Dragon ilə yanaşı hərbi xidmətə çağırılan digər əsgərlər 3-cü sıraya yüksəlib və Big Bang üzvünün sıralara gəlməməsinin əsas səbəbi onun “çox vaxt istifadəsi” olub. Həmin hesabatlara görə, G-Dragon bu günə qədər əsgərlik dövründə “təxminən 100 gün tətil tətbiq etmişdir”.

Həmçinin, ordu nümayəndələri : “Əsgər Kvon Ci Yonqun hal-hazırda onbaşı vəzifəsinə keçmədiyi doğrudur. Kvon Ci Yonqun əsgər yoldaşları 1 yanvarda onbaşı vəzifəsinə keçib. Qoyulan vaxt keçdikdən sonra, geridə belə qalsa 3-cü sıraya keçəcək. Bir çox tətil günündən istifadəsi, əsgəri vəzifəsinin qalxmasının səbəbi olmayacaqdır. Əsgər, imtahan tələblərinə cavab vermədikdə, növbəti rütbəyə keçə bilməz. Hal hazırda Kvon Ci Yonq 76 günlük istirahət günündən istifadə etdi, onlardan 47-si tibbi xəstəlik / müalicə üçün istifadə edilib. Onun məzuniyyət günlərinin qalan hissəsi bütün əsgərlərin imtiyazları ilə eyni şəkildə istifadə edilmişdi və onun məzuniyyət günləri ilə əlaqədar heç bir problemi yoxdur”- deyə, bildirib.

Bigbang liderinin gözlənilən buraxılış tarixi 26 Noyabr 2019-cu ildir.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova