//“ONO Entertainment” oğlanlardan ibarət yeni qrupunun adını və loqotipini paylaşdı

“ONO Entertainment” oğlanlardan ibarət yeni qrupunun adını və loqotipini paylaşdı

 

“ONO Entertainment”-in oğlanlardan ibarət yeni qrupu, (əvvələr “ONO BOYZ” adı altında çıxış edən həmin qrupun) yeni adı və loqotipi məlum oldu. Aprel ayının 18-i tarixindən etibarən “ONO BOYZ” qrupu bundan sonra “LIMITLESS” adı ilə çıxış edəcək. Qrupun adı “LMTLS” kimi yazılacaq. Rəsmi loqotip ürək və lentvari xətlərdən ibarət olacaq. Loqotipin mənası “pərəstişkarlar cazibəmizdən qaça bilməyəcəklər” mənasına gəlir.

 

Əvvəlcədən xəbər verdiyimiz kimi “LIMITLESS” qrupu “Produce 101” musiqi yarışmasının II sezon iştirakçılarından təşkil olunub. Qrup 4 nəfər Canq Mun Bok (Jang Moon Bok), Son Hyon Vu (Son Hyeon-woo), Yu He Sok (Yoon Hee-seok), “MIXNINE” qrupunun üzvü Çan Hvee Çhonq (Chan Hwee Chong) tərəfindən təşkil olunub. Qrupun ilk çıxış səhnəsi may ayına planlaşdırılır.