//ONE “YG Entertainment” agentliyini tərk etdi

ONE “YG Entertainment” agentliyini tərk etdi

 

İyul ayının 17-si tarixində “Goodbye Summer” filminin təqdimat mərasimində iştirak edən ONE KİV-nə müsahibə verib. Müsahibə zamanı YG agentliyindən söz açan sevilən müğənni: ““Her Private Life  serialı YG ilə birgə sonuncu işim idi. Bu serialdan sonra mən onlardan tamamilə ayrılmışam. “Show Me the Money 4 Mnet” adlı şounun çəkilişlərindən sonra mən onlara qoşulmaq haqqında düşünürəm” sözlərini qeyd edib. ONE YG-dən ayrılma səbəbinə belə açıqlam verdi: “Mən diqqətimi musiqim, yaradıcılığım üzərində cəmləməyi düşünürdüm. Belə ki, yalnız musiqim ilə insanların qəlbini fəth edəcəyimi fərz edirdim. Amma hərəkət etmək, irəliləmək çox çətindir. Xüsusən də, bu vəziyyətdə. Mən albom üzərində işləyirəm. Yaxın zamanda YG agentliyi olmadan da, öz albomu hazırlaya biləcəyimi hamıya sübüt edəcəyimə inanıram. Və sizi bu il, bacardığım qədər tez vaxta sevindirmək istəyirəm” sözlərini deyib. Xatırladaq ki, yuxarıda adı keçən film iyula yının 25-də yayımlanacaq. Filmin baş rol qəhrəmanları ONE və Kim Bo Radır (Kim Bo Ra). Əgər siz film haqqında ətraflı oxumaq istəyirsinizsə bura daxil ola bilərsiniz.